🔥

Не упустите лучшие вакансии!

Подключите наш Telegram-бот и получайте мгновенные уведомления о новых предложениях из 10+ источников. Будьте первым, кто откликнется!

Подключить бота

Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Aparıcı Mütəxəssis

PashaPay
Работа в офисе
Опубликовано: 13 Mar 2026
  • Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanmasını və təkmilləşdirilməsini dəstəkləmək.
  • Şirkətin maliyyə planlaşdırılması və strateji qərarlarının dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək.
  • Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək.
  • Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək sapmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
  • Büdcə və faktiki göstəricilər üzrə mütəmadi variance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək.
  • Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
  • Büdcələmə metodologiyalarının, hesabat strukturlarının və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
  • Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələrinin, ssenarilərin və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.
  • Bakının ən yaxşı biznes mərkəzlərindən birində işləmək imkanı
  • Bazar səviyyəsində rəqabətli əməkhaqqı
  • Özəl tibbi sığorta, ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, korporativ tədbirlər və bonuslar, fitness endirimi
  • Məhsula təsir etmək imkanı, açıq fikirli rəhbərlik və güclü, enerjili komanda
  • Azərbaycanın ilk ekosisteminin bir hissəsi olmaq
  • “Dəyərlisən” proqramının bir hissəsi olmaq
🚀

Ваше резюме увидят первым!

Автоматическое поднятие на HeadHunter каждые 4 часа. Увеличьте свои шансы на успех в 10 раз!

Подключить автоподнятие