🔥

Не упустите лучшие вакансии!

Подключите наш Telegram-бот и получайте мгновенные уведомления о новых предложениях из 10+ источников. Будьте первым, кто откликнется!

Подключить бота

Sosial Media Marketinq (SMM) mütəxəssisi

AURA MƏİŞƏT TEXNİKASI
Баку
На месте работодателя
Опубликовано: 13 Oct 2026
500 — 800 ₼

Sosial Media Marketinq (SMM) mütəxəssisi

Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.

Əsas vəzifələr

  • Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
  • Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
  • Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
  • Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
  • Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
  • Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
  • Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
  • Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
  • Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
  • Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.

Namizədə tələblər

  • SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
  • Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
  • Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
  • CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
  • ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
  • Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
  • Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.

Üstünlük veriləcək

  • SMM və ya reklam agentliyində iş təcrübəsi;
  • Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
  • Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.

İş şərtləri

  • 6 günlük iş qrafiki: 10:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 500–800 AZN.
🚀

Ваше резюме увидят первым!

Автоматическое поднятие на HeadHunter каждые 4 часа. Увеличьте свои шансы на успех в 10 раз!

Подключить автоподнятие